Modern.az

Rusiyada azərbaycanlı jurnalist vəfat etdi

Rusiyada azərbaycanlı jurnalist vəfat etdi

18 Mart 2021, 00:16

Rusiyada yaşayan azərbaycanlı jurnalist Araz Axundov vəfat edib. 

 

Modern.az xəbər verir ki, Araz İsmayıl oğlu Axundov martın 17-də 77 yaşında Moskvada dünyasını dəyişib.

 

Tanınmış şərqşünas, ərəbşünas, jurnalist A.Axundov uzun müddət Livan, İraq və Suriyada çalışıb. O, son illərə qədər  “Russia Today” Beynəlxalq Telekanalının ərəb redaksiyasında fəaliyyət göstərib.

 

A.Axundov həm də fotoqraf kimi tanınıb. 2011-ci ildə Moskva Millətlər Evində onun Azərbaycan və Moskvaya həsr olunan “Azərbaycan və Moskva Araz Axundovun gözü ilə” adlı  ilk şəxsi sərgisi keçirilib (apa).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı