Modern.az

Bu gün Avropa Liqasında 1/4 finalçılar müəyyənləşəcək 

Bu gün Avropa Liqasında 1/4 finalçılar müəyyənləşəcək 

18 Mart 2021, 08:57

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, cavab görüşlərindən sonra 1/4 finala vəsiqə qazanan komandaların adlarına aydınlıq gələcək.

 

İngiltərə təmsilçilərindən "Tottenhem" Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olacaq. "Arsenal" isə Londonda Yunanıstanın "Olimpiakos" komandasını qəbul edəcək. "Tottenhem" ilk görüşdə 2:0, "topçular isə 3:1 hesabı ilə qalib gəlib.

 

Günün maraqla gözlənilən qarşılaşması İtaliyada gerçəkləşəcək. "Milan" İngiltərədə 1:1 hesablı heç-heçə etdiyi "Mançester Yunayted"lə üz-üzə gələcək.

 

Avropa Liqası

 

1/8 final mərhələsi, cavab oyunları

 

21:55. "Molde" (Norveç) - "Qranada" (İspaniya)

 

İlk oyun - 0:2

 

21:55. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Tottenhem" (İngiltərə)

 

İlk oyun - 0:2

 

21:55. "Arsenal" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

 

İlk oyun - 3:1

 

21:55. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Roma" (İtaliya)

 

İlk oyun - 0:3.

 

24:00. "Reyncers" (Şotlandiya) - "Slaviya" Praqa (Çexiya)

 

İlk oyun - 1:1

 

24:00. "Milan" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə)

 

İlk oyun - 1:1

 

24:00. "Vilyarreal" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna)

 

İlk oyun - 2:0

 

24:00. "Yanq Boyz" (İsveçrə) - "Ayaks" (Niderland)

 

İlk oyun - 0:3

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı