Modern.az

Gəncədə 19 yaşlı qızın meyiti zibillikdən TAPILDI

Gəncədə 19 yaşlı qızın meyiti zibillikdən TAPILDI

Aktual

18 Mart 2021, 21:46

Gəncə şəhərinin Cavad Xan qəsəbəsindəki zibillikdən qadın meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, onun 2002-ci il təvəllüdlü Pərvin Musayeva olduğu müəyyənləşib.

 

Meyitin üzərində aparılan araşdırmalar nəticəsində gənc qızın boğularaq qətlə yetirildiyi məlum olub.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qətldə şübhəli bilinən şəxs, qızın tanışı olan, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

 

Qeyd edək ki, P.Musayeva bir aydan çoxdur itkin düşmüş şəxs kimi axtarışda olub.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj