Modern.az

Şəkidə piyadanı maşın vurdu

Şəkidə piyadanı maşın vurdu

Aktual

18 Mart 2021, 22:25

Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, sürücü Elşən Babayev idarə etdiyi "Opel" markalı avtomobil yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Ələddin Məmmədovu vurub. Hadisə zamanı Ələddin Məmmədov müştərək travma, qapalı kəllə-beyin travmaları alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Onun vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj