Azərbaycanın paraatleti Oloxan Musayev Tunisdə keçirilən Qran-Pridə qızıl medal qazanıb.
Modern.az xəbər verir ki, F55 kateqoriyasında iştirak edən O.Musayev nüvə itələmə yarışlarında 11.57 metrlik nəticə göstərib.
Bu, yığmanın sözügedən turnirdə 2-ci qızıl medalıdır. Daha əvvəl F13 kateqoriyasında iştirak edən Orxan Qasımov nizə atma yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, O.Musayev "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.