Suriyadan atılan raketlər Türkiyənin Kilis rayonuna düşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tel-Rıfat bölgəsindən Tel Rıfata iki raket Kilisə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşüb və hər hansı ziyan vurmayıb.