Modern.az

Prezident dövlət agentliyinə sədr müavini təyin etdi

Prezident dövlət agentliyinə sədr müavini təyin etdi

19 Mart 2021, 13:24

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinə yeni müavin təyin olunub.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin martın 12-də imzaladığı sərəncamla Samir Poladov ANAMA İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

 

Onu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj