Modern.az

Naftalanda icra başçısı və deputat şəhid ailələrini ziyarət edib - FOTO

Naftalanda icra başçısı və deputat şəhid ailələrini ziyarət edib - FOTO

19 Mart 2021, 14:50

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət vəkili Anar Məmmədov “Novruz bayramı” münasibətilə şəhid və qazi ailələrini ziyarət ediblər. 

 

Modern.az xəbər verir ki, görüşlərdə şəhid ailələrinə, əlil və müharibə iştirakçılarına göstərilən dövlət dəstəyindən danışılıb. Ziyarət zamanı şəhid ailələrinə və qazilərə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib.

 

Şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj