Modern.az

Prezident və Mehriban xanım Şuşaya böyük önəm verir - Deputat 

Prezident və Mehriban xanım Şuşaya böyük önəm verir - Deputat 

19 Mart 2021, 15:45

“Martın 16-da  Müzəfər Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva Şuşa şəhərinə növbəti dəfə səfər etdilər. Dövlətimizin başçısının  hər dəfə Şuşaya səfəri bir şuşalı kimi bizi çox sevindirir, duyğulandırır. Cənab Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın Şuşaya böyük önəm verməsi, Şuşanı sevməsi, artıq ikinci dəfədir “Şuşadan qayıtmaq istəmirik” deməsi tariximizə, mədəniyyətimizə nə qədər dəyər verdiyini göstərir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Fatma Yıldırım bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşaya səfəri bu ərazilərin əsl sahiblərinin kimliyini və orada 30 ilə yaxın  erməni vandalığını bütün dünyaya çatdırılması baxımından əhəmiyyəti böyükdür. Ölkə rəhbərinin bölgələrə səfərlərində səsləndirdiyi fikirləri bu bölgənin inkişafı və qarşıda duran vəzifələr üçün bir proqram hesab olunur. Eyni zamanda, cənab Prezident hər səfəri zamanı bütün dünyaya ermənilərin törətdiyi vandalizm aktlarını göstərir və dünya birliyini, beynəlxalq təşkilatları vandalizm aktlarını pisləməyə çağırır.

 

Deputatın fikrincə, Şuşaya sahib olmaq bütün Qarabağa sahib olmaq deməkdir. Bu ərazilərdə daha da möhkəmlənməyimiz düşmənlərə göz dağıdır. 

 

Deputat qeyd edib ki, vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” demişdi. Prezident  İlham Əliyev və Mehriban xanım Əliyeva bu müqəddəs torpağa ayaq basmaqla Ulu Öndərimizin ruhunu şad edir. Cənab Prezident hər zaman çıxışlarında demişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu çox önəmli bir mesaj idi və bugünkü gün biz buna nail olmuşuq. Biz eyni zamanda, Şuşanın yenidən təkcə Azərbaycanın yox, Qafqazın incisinə çevirəcəyimizin mesajını dünyaya veririk.

 

Fatma Yıldırım söyləyib ki, Ulu Öndər  Heydər Əliyev vaxtilə Şuşanı mənəvi paytaxt etmişdi:

 

“Ulu Öndər hələ sovetlər zamanında Şuşanı dünyada təbliğ etməyə çalışırdı. Ulu Öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev qeyd edib ki, Şuşa nəinki bölgənin, bütün dünyanın ən gözəl şəhərlərindən biri olacaqdır. Və biz görürük ki, onun tapşırığı əsasında qısa müddətdə nə qədər işlər görülüb. Şəhərdə turizm inkişafı, turistlərin cəlb olunması üçün artıq mühüm addımlar atılır. Şuşanın turizm mərkəzi olacağını görülən işlər də təsdiqləyir. Artıq yeni otellər tikilir. Cənab Prezident qeyd etdi ki, Şuşaya çoxlu sayda xarici qonaqlar gələcək. Dövlətimizin başçısı otellərin tikintisi ilə bağlı görülən işlərlə də tanış oldu. Şuşa əsrlərboyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Təsadüfi deyil ki, Şuşanı "Şərqin konservatoriyası" adlandırırlar. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir. Dövlət başçısının bundan əvvəlki səfəri zamanı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində abidələri bərpa olundu. Vaxtilə işğal altına olan bu abidələr düşmən ərəfindən güllənmişdi. Bu abidələr Bakıya gətirələrək xarici qonaqlara nümayiş etdirilirdi ki, erməni vandalizmini görsünlər. Bu gün isə həmin abidələr məxsus olduğu Şuşaya qaytarıldı. Əminəm ki, dahi Üzeyirin, Bülbülün, xan qızı Natəvanın ruhları şaddır. Xüsusi vurğulamaq lazımdır ki, Molla Pənah Vaqifin məqbəri və büstü, eləcə də məscidlərimiz Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Fondun rəhbəri, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da doğma Şuşamızın bərpa olunması işinə böyük töhfələr verir. Bir şuşalı kimi inanıram ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə doğma Şuşamız özünün şöhrətini qaytaracaq, regionun, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj