Modern.az

Zakir Həsənov yaralı hərbçilərlə görüşdü - FOTOLAR

Zakir Həsənov yaralı hərbçilərlə görüşdü - FOTOLAR

20 Mart 2021, 13:29

Bu gü Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi ehtiramla yad edilib.

 

Rəhbərlik hospitalda müalicə olunan Vətən müharibəsi qaziləri və digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular