Modern.az

Messi bu rekordla tarixə düşdü

Messi bu rekordla tarixə düşdü

22 Mart 2021, 00:29

İspaniya La Liqasının 28-ci turunun "Real Sosyedad" - "Barselona" oyunu ikincilərin kapitanı Lionel Messi üçün əlamətdar olub.

 

Modern.az xəbər verir ki, Kataloniya təmsilçisinin heyətində 768-ci dəfə meydana çıxan argentinalı futbolçu matç sayına görə keçmiş komanda yoldaşı Xavi Ernandesin rekordunu (767) qırıb.

 

Bununla da Messi "Barselona"nın tarixinə düşüb.

 

Xatırladaq ki, Lionel Messi 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir.

 

Qeyd edək ki, "Real Sosyedad" - "Barselona" matçı ikincilərin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Lionel Messi bu tarixi oyununda 2 qol, 1 asistlə yadda qalıb.

 

T.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular