Modern.az

Azərbaycana dost olan alman deputat təyyarədə öldü

Azərbaycana dost olan alman deputat təyyarədə öldü

22 Mart 2021, 02:28

Almaniya Bundestaqının deputatı Karin Ştrens Kubadan Almaniyaya uçan təyyarədə ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə onun partiyasının nümayəndəsinə istinadən DPA agentliyi bildirib.

 

Ştrens hakim "Xristian-Demokratik İttifaqı" Partiyasından bundestaqın deputatı olub. Onun ölümünü Bundestaqdakı həmkarı Laut Reberq də təsdiqləyib. Ştrens uçuş zamanı huşunu itirib, təyyarə Dublində təcili eniş edib, amma siyasətçinin həyatını xilas etmək mümkün olmayıb.

 

Əlli üç yaşlı Ştrens Bundestaqda 2009-cu ildən işləyib. O, müdafiə üzrə komitənin üzvü olub. Almaniya Bundestaqının deputatı parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Karin Ştrens Almaniya Bundestaqında Azərbaycana dost deputat kimi tanınırdı. O, bir neçə dəfə ölkəmizdə səfərdə olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular