Modern.az

Gürcüstanda koronavirusdan ölənlərin sayı açıqlandı

Gürcüstanda koronavirusdan ölənlərin sayı açıqlandı

28 Mart 2021, 10:59

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  365 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  280 301 ölənlərin sayı isə 3 751 nəfərə çatıb.

 

Virusa yoluxanlardan 272 219 nəfərin sağaldığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular