Modern.az

Naftalan sakinlərində narkotik aşkarlandı

Naftalan sakinlərində narkotik aşkarlandı

28 Mart 2021, 12:12

Naftalan şəhər sakinlərində narkotik aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ)  əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Pərviz Ruzicəngi və Rəfail Əliyev şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib.

 

Onların üzərində şəxsi axtarış keçirilən zaman  P. Ruzicənginin cibindən 1 ədəd kağız bükümdə 0.284 qram, R. Əliyevin cibindən isə 1 ədəd kağız bükümdə 0.401 qram  narkotik vasitə olan  “heroin” aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular