Bu gün Ümid Partiyasının qurultayı keçiriləcək.
Modern.az xəbər verir ki, bu saatlarda başlayacaq qurultay onlayn formada olacaq.
Partiya sədri İqbal Ağazadənin çıxışı sosial şəbəkələr üzərindən canlı yayımlanacaq.
Xatırladaq ki, Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. 2002-ci ildən indiyə qədər sədri İqbal Ağazadədir.