Modern.az

Prezident “Ever Given”in boşaldılmasını əmr etdi

Prezident “Ever Given”in boşaldılmasını əmr etdi

29 Mart 2021, 00:33

Misir prezidenti Əbdül Fəttah əs-Sisi Süveyş kanalında hərəkəti dayandıran “Ever Given” konteyner gəmisinin boşaldılması barədə əmr verib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Extra News” telekanalı məlumat yayıb.

 

Öz növbəsində su kanalının idarə rəhbəri Usama Rabia “Al-Arabiya” telekanalına verdiyi müsahibəsində belə bir ssenarinin hazırlandığını təsdiqləyib.

 

“Gəmini hərəkətə gətirmək üçün gecə-gündüz çalışırıq, işlər iki yolla aparılır – yedəyə qoşub dartma və dibin təmizlənməsi. Üçüncü ssenariyə – gəmidəki yüklərin azaldılması işlərinə hazırlaşırıq. Bu ssenari çox çətindir və çox vaxt tələb edir”, - Rabia deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular