Modern.az

Yarımçıq ev yandı - 1 nəfər xəsarət aldı

Yarımçıq ev yandı - 1 nəfər xəsarət aldı

29 Mart 2021, 09:05

Saatlı rayonunun Qıraqlı kəndində ümumi sahəsi 130 m² olan tikintisi başa çatmayan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a daxil olan məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular