Modern.az

Gədəbəydə kişini “tok” vurub ÖLDÜRDÜ

Gədəbəydə kişini “tok” vurub ÖLDÜRDÜ

29 Mart 2021, 10:52

Martın 25-də saat 19 radələrində Gədəbəy rayonu, Kərimli kənd sakini, 1969-cu il təvəllüdlü Hüseynov Şaiq Hüseyn oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Gədəbəy rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.

 

Aparılmış araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

 

Hazırda fakt üzrə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular