Modern.az

Dünyada koronavirusa sutkalıq yoluxma yarım milyonu ötdü

Dünyada koronavirusa sutkalıq yoluxma yarım milyonu ötdü

Aktual

30 Mart 2021, 08:07

Dünyada son sutka ərzində 518 201 nəfər koronavirusa yoluxub, 8 923 nəfər ölüb. 

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

 

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 126 890 540 yoluxma hadisəsi, 2 778 619 ölüm faktı qeydə alınıb.

 

Son 24 saat ərzində yoluxmanın 39 faizdən çoxu Şimali və Cənubi Amerikanın (204 009)payına düşür. Digər yerləri isə Avropa (176 469) ilə Cənub-Şərqi Asiya (76 529) bölüşür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular