Modern.az

“Neftçilər”də maşın yanıb - VİDEO - YENİLƏNİB

“Neftçilər”də maşın yanıb - VİDEO - YENİLƏNİB

31 Mart 2021, 17:34

Günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində, "Neftçilər" metrosunun yaxınlığında avtomobil yanması barədə məlumat daxil olub.

Nazirlik bildirib ki, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə maşının qəsdən yandırıldığı  barədə məlumatlar yayılıb.

Xəbəri dəqiqləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik.


Mehri Qurban

***


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində, "Neftçilər" metrosunun yaxınlığında avtomobil yanması barədə məlumat daxil olub.

 

Modern.az-ın məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

 

 

TUNCAY

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular