Modern.az

Qubada 103 il əvvəlki qırğın qurbanları yad edilib - FOTOLAR

Qubada 103 il əvvəlki qırğın qurbanları yad edilib - FOTOLAR

31 Mart 2021, 14:46

Qubada 31 mart-Azərbaycanlıarın Soyqırım gününə həsr olunan anım mərasimi səhər saatlarından başlayıb.

 

Modern.az xəbər verir ki, qonşu rayonlardan, ayrı-ayrı bölgələrdən gəlmiş insanlar, rayon sakinləri Quba kütləvi məzarlığında soyqırım qurbanlarının xatirəsinə salınmış abidəni ziyarət etməyə başlayıblar. Dəstə-dəstə gələn insanlar pandemiya şəraitinə uyğun olaraq ara  məsafəni qorumaqla abidəni ziyarət edib, güllər döşəyiblər. Rayon rəsmilərinin anım mərasiminə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarətlə start verilib.

 

Mərasimdə Mədəniyyət naziri Anar Kərimov, Nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev, müavinləri Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Sonra rayon rəhbərliyi və qonaqlar Qubadakı kütləvi məzarlıqda Soyqırım Memorial Kompleksinin Qubada ucaldılmış abidəsini ziyarət ediblər.

 

Soyqırım Memorial Kompleksdə təşkil edilmiş foto-və kitab sərgisinə baxış keçirilib. İcra başçısı Ziyəddin Əliyev 2007-ci ilin aprel ayında aşkar edilmiş kütləvi məzarlıqda salınmış möhtəşəm Memorial Soyqırım Kompleksinin insanların daimi-ilboyu ziyarətgah yeri olduğunu və il ərzində erməni vəhşiliyinin sübutu olan bu kompleksin minlərlə insanın ziyarət etdiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki,Qubadakı kütləvi məzarlıqda  Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə və Heydər Əliyev Fondunun dəstəyilə çox orijinal üslubda  Soyqırım Memorial Kompleksi inşa edilib və dövlət başçısı 2013-cü il sentyabr ayının 18-də kompleksin açılışında iştirak edib.1918-ci ildə erməni daşnaklarının Quba qəzasında törətdiyi görünməmiş vəhşilik və vandallıq kompleksin inşası zamanı faktların və şəkillərin dili ilə divarlarına həkk olunub.Sanki,tarix özü danışır bu faktlarla...Cəmi soyqırım qurbanlarının ruhu şad olsun!!!

 

Aytəkin ALXASLI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular