“Gəncə Avtomobil Zavodu öz fəaliyyətini verilən sifarişlər üzərində qurub”.
Bunu Gəncə Avtomobil İstehsalat Birliyinin mətbuat katibi Məqsəd Rəhimov zavodun son durumundan danışarkən Modern.az-la deyib.
M.Rəhimov sifarişlər əsasında işlərin aparıldığını qeyd edib:
“Gəncə Avtomobil Zavodunda traktorların yığımı davam edir. Zavod öz fəaliyyətini sifariş üzərində qurub. Hansı texnikanın sifarişi olursa, müəssisə həmin texnikanın yığımını həyata keçirir. Təbii ki, bu işlərin hamısı müqavilələr əsasında aparılır”.
O, hazırki gündəmdə elektrobusların olduğunu deyib:
“Həm Servis Marketinq xidmətində, həm də Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində ümumilikdə 800-ə yaxın işçi fəaliyyət göstərir.
Hazırda elektrobuslar layihəsi gündəmdədir. Cənab prezidentin sonuncu səfəri zamanı həm sampo kombayınları, həm də istehsal etdiyimiz elektrobuslar təqdim olundu. Və bu gün onların istehsalı ilə ciddi məşğul olunur”.
Fidan İlqarqızı