Modern.az

Rusiyalı nazir müavini Bakıdan icazə alıb Xankəndiyə getməliydi - Politoloq

Rusiyalı nazir müavini Bakıdan icazə alıb Xankəndiyə getməliydi - Politoloq

Aktual

31 Mart 2021, 16:06

Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Qarabağda olub, Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib. Rus general açılışda bunu deyib:

“25 belə qəsəbənin avadanlıqlarını tamamlayırıq, istismara vermə və tənzimləmə işləri davam edir. 5 aprel tarixindən gec olmayaraq hər şey istifadəyə veriləcək, yəni bütün sülhməramlılarımız təchiz ediləcək”.

O da vurğulanıb ki, Rusiya müdafiə naziri Sergey Şoyqunun qərarı ilə Dağlıq Qarabağda səyyar xəstəxana tikilir.

Rusiya müdafiə nazirinin müavini normalda Xankəndiyə necə getməli idi?


Modern.az-ın məlumatına görə, məsələni şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya müdafiə nazirinin müavini Xankəndiyə getməzdən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarıyla görüşməli və Dağlıq Qarabağa səfərinin məqsədini bəyan etməli idi.

“O da izah olunmalı idi ki, 10 noyabr bəyanatında rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı sayı 1960 nəfər göstərildiyi halda, indi hərbi şəhərciklərin sayı niyə artır? Normalda rusiyalı general Xankəndidə açılışlar edərkən yanında Azərbaycanın müdafiə nazirinin müavini də dayanmalı idi...”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular