Modern.az

Ərdoğan türk dövlətlərini Azərbaycanın yanında olmağa ÇAĞIRDI

Ərdoğan türk dövlətlərini Azərbaycanın yanında olmağa ÇAĞIRDI

Aktual

31 Mart 2021, 16:25

“Bu gün 1918-ci ildə azərbaycanlıların soyqırıma məruz qaldıqları gündür. Biz heç bir zaman Xocalı qətliamını unutmadıq, bir müddət əvvəl Xocalı faciəsini təkrar andıq. Qətl edilən on minlərlə soydaşımızı rəhmətlə anıram”.

 

Modern.az-ın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.

 

“Qarabağda türk mirasının qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağımız vacibdir. Hamımız birlikdə Azərbaycanın yanında olmağı davam etdirməliyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular