Modern.az

MSK-ya hesabat verən siyasi partiyaların sayı AÇIQLANDI

MSK-ya hesabat verən siyasi partiyaların sayı AÇIQLANDI

31 Mart 2021, 17:26

Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət sabah başa çatır.

 

Modern.az-ın məlumatına görə, indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 35-i 2020-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib.

 

Hazırda partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi prosesi davam edir.

 

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

 

MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular