ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) “Johnson & Johnson” şirkətinin zavodunun əməkdaşları bir neçə həftə əvvəl yeni növ koronavirusa qarşı peyvəndin inqrediyentlərini qarışdırarkən səhvə yol veriblər. Bu da preparatın 15 milyon dozasnın xarab olmasına gətirib çıxarıb.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, insidentə səbəb insan faktoru olub. Baş verənlərlə əlaqədar olaraq, ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) zavodda yoxlamalar aparır.
Bununla yanaşı, qeyd olunur ki, şirkətin ABŞ-ın tibb müəssisələrinə artıq daxil olmuş peyvəndinin bütün partiyaları təhlükəsizdir. Onlar “Johnson & Johnson”un Niderlanddakı zavodunda istehsal edilib.