Modern.az

Çin Azərbaycana vaksinlərin vaxtında çatdırılması üçün yaşıl dəhliz yaradıb - Səfir

Çin Azərbaycana vaksinlərin vaxtında çatdırılması üçün yaşıl dəhliz yaradıb - Səfir

Aktual

1 Aprel 2021, 13:56

Azəbaycan ilə Çin arasında ənənəvi yüksək səviyyəli əlaqələr mövcuddur.

 

Modern.az məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Qo Min koronavirusa qarşı növbəti partiya vaksinin Çindən Azərbaycana gətirilməsi mərasimində deyib.

 

Səfir bildirib ki, koronavirusa qarşı mübarizədə Çin və Azərbaycan bir-birinə lazımi dəstək göstərir, təcrübə mübadiləsi aparır: “Bir neçə gündən sonra digər vaksin partiyaları da Azərbaycana çatdırılacaq. Biz inanrıq ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə koronavirusa qalib gələcək”.

 

Səfir Çindən Azərbaycana vaksinlərin vaxtında çatdırılacağını deyib: “Bu gün Çindən vaksin sifariş edən ölkələr çoxdur, lakin məhz Azərbaycana vaksinlərin vaxtında çatdırılması üçün Çin yaşıl dəhliz yaradıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular