Çin Azərbaycana 150 min doza təmənnasız vaksin verəcək.
Modern.az-ın məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Qo Min koronavirusa qarşı növbəti partiya vaksinin Çindən Azərbaycana gətirilməsi mərasimində deyib.
Səfir bildirib ki, Çin vaksinləri pandemiyaya qalib gəlməkdə Azərbaycana kömək edəcək:
“Ümid edirik ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə pandemiyaya qalib gələcək”.