Modern.az

Almaniya Prezidentinə “AstraZeneca” peyvəndi vuruldu

Almaniya Prezidentinə “AstraZeneca” peyvəndi vuruldu

Aktual

1 Aprel 2021, 15:04

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə “AstraZeneca” peyvəndi vurulub.

 

Modern.az RND-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Prezident Berlindəki Bundezver xəstəxanasında peyvənd olunub. 

 

Frank-Valter Ştaynmayerə öz ölkəsində təsdiqlənmiş peyvəndlərə etibar etdiyini bildirib.

 

“Peyvənd pandemiyadan çıxış yolunda həlledici addımdır. Fürsətlərdən istifadə edin. Peyvəndləməyə qoşulun”, - deyə Almaniya Prezidenti xalqa müraciət edib.

 

Qeyd edək ki, Almaniya yaşı 60-dan aşağı olanlara “AstraZeneca” peyvəndinin vurulmasını dayandırıb. Belə ki, peyvənddən sonra beyin-damar trombozu halları meydana çıxdığı üçün ölkənin Vaksinasiya Komissiyası tövsiyəsini müvafiq olaraq dəyişdirib. Federal səhiyyə nazirləri bu tövsiyəni yerinə yetiriblər. 60-69 yaş qrupuna “AstraZeneca” peyvəndinin vurulmasına icazə verilib. Prezident Ştaynmayerin 65 yaşı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular