Şabranda hasarın aşması bir uşağın yaralanmasına,birinin isə ölməsinə səbəb olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, rayonun Məhəmməd Əsədov küçəsindəki evlərdən birinin həyətindəki hasar uçub, nəticədə 10 yaşlı Fəqan Ruslan oğlu Məmmədov keçinib, həmyaşıdı Pənah Zaur oğlu Məmmədov isə xəsarət alıb. Yaralanan uşaq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırılmaya başlanılıb. Uşaqların hansı şəraitdə hasarın altında qalması araşdırılır. İlkin olaraq hasarın güclü külək nəticəsində aşdığı deyilir.
Aytəkin ALXASLI