Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyədə təlimləri davam edir.
Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının Ispartada yerləşən Terrorla Mübarizə üzrə Təhsil və Təlim Mərkəzi Komandanlığındakı təlimləri davam edir.