Modern.az

Doğum günündə Aprel şəhidlərinin ailəsində oldu - FOTOLAR

Doğum günündə Aprel şəhidlərinin ailəsində oldu - FOTOLAR

Aktual

2 Aprel 2021, 18:54

Bu gün 41 yaşı tamam olan və doğum gününü qeyd etməyən Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonda yaşayan 2 Aprel şəhidinin ailəsində olub.

 

Modern.az xəbər verir ki, əvvəlcə şəhid ailələri ilə birlikdə torpağımızın bütövlüyü və toxunulmazlığı uğrunda canını qurban verən Vətən oğullarının məzarı ziyarət olunub, məzarları önünə tər qərənfillər düzülüb. Daha sonra Xaçmazdan olan Aprel şəhidi Elvin Azadxan oğlu Mirzəyevin və Elvin Sədrəddin oğlu Qayıbovun ailə üzvləri ilə görüşən rayon rəhbəri onların qayğı və problemlərilə maraqlanıb.

 

İcra başçısı Aprel şəhidlərinin ailələri ilə görüşdə Ali Baş Komandan İlham Əliyevin Aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyini, həmin döyüşləri tarixi qəhrəmanlıq adlandırdığını diqqətə çatdırıb:

 

"Bu döyüşlər 2020-ci ilin 10 noyabr zəfərinə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəyə, doğma Qarabağa dönüşümüzə aparan yolun ilk uğuru, başlanğıcıdır-Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri onun uzaqgörən siyasətinin bir sübutudur".

 

Aprel şəhidlərinin ailələri göstərilən diqqətə görə ölkə Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya   və rayon rəhbərliyinə minnətdarlıq ediblər.

 

Aytəkin ALXASLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular