Modern.az

Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin təntənəsini yaşayırıq

Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin təntənəsini yaşayırıq

Aktual

2 Aprel 2021, 18:59

“Bu gün biz Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin təntənəsini yaşayırıq. Bütün sahələr üzrə dərin əməkdaşlıq prinsipi üzərində qurulan bu əlaqələr “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. İki qardaş ölkənin münasibətləri gündən-günə daha da güclənməkdədir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Fatma Yıldırım bildirib ki, 44 günlük Vətən müharibəsinin başladığı ilk anlardan Türkiyə dövləti Azərbaycana siyasi və mənəvi dəstəyini birmənalı şəkildə bəyan etdi. Qazandığımız şanlı qələbə Azərbaycanla Türkiyənin əbədi qardaşlığının bir rəmzi oldu və bütün dünyaya bu birliyin gücünü göstərdi. Post-müharibə dövründə də böyük qayıdışı tezliklə təmin etmək üçün, qardaş ölkə Qarabağın dirçəlişinə xüsusi önəm verir və yenidənqurma, bərpa işlərində aktiv iştirak edir.

Millət vəkilinin sözlərinə görə, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq  Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü zamanı Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı ərəfəsində cənab Prezident İlham Əliyevlə birgə Şuşanı ziyarət edəcəyini qeyd etməsi böyük tarixi əhəmiyyət kəsb edir. Qoy bütün dünya bir daha görsün ki, Şuşa artıq öz sahibinə qovuşub, Qarabağ qədim Azərbaycan torpağıdır və erməni faşizminə qarşı türk dünyası birgə mübarizə aparacaq, bütün dağıdılmış, məhv edilmiş türk, müsəlman abidələri bərpası həyata keçiriləcək.

 

“Daha bir əlamətdar hadisə isə Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın ölkəmizə səfər etməsi və  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşməsidir. Biz bilirik ki, Vətən müharibəsində, Qarabağımızın işğaldan azad olunmasında qəhrəman oğullarımızın şücaəti ilə yanaşı Türkiyə istehsalı pilotsuz uçuş aparatı “Bayraktar” düşmənin hərbi texnikalarının və canlı qüvvəsinin məhv edilməsində xüsusi rol oynadı. Düşmənin hava hücumundan müdafiə sistemi “Bayraktar”ın qarşısında aciz qalmışdı və onların kabusuna çevrilmişdi. Cənab Prezidentin bu silahın yaradıcısı olan Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə mükafatlandırması, hər bir azərbaycanlının ürəyindən keçən arzu idi və xalqımız prezidentimizin bu qərarını böyük rəğbətlə və sevinclə qarşılamışdır. Bunun üçün möhtərəm cənab Prezident İlham Əliyevə təşəkkür edirəm” - deyə deputat vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular