Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığından sonra açıqlama verib.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski tvitterdə yazdığı açıqlamada deyib:
“Co Baydenlə danışmağıma şad oldum. Ukrayna ABŞ-ın müxtəlif səviyyələrdə dəstəyini yüksək qiymətləndirir. Demokratiyanı qorumaq məsələsində çiyin-çiyinə dayanmışıq. Mən Ukraynada islahatların aparılması, şəffaflığın artırılması və sülhə nail olunması məsələlələrinə ciddi köklənmişəm. Amerika tərəfdaşlığı ukraynalılar üçün böyük əhəmiyyət daşıyır”.