Modern.az

Bakıda iki maşın toqquşdu - 3 nəfər xəsarət aldı

Bakıda iki maşın toqquşdu - 3 nəfər xəsarət aldı

Aktual

2 Aprel 2021, 23:48

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

 

Belə ki, Yeni Salyan yolu 22 ünvanında iki avtomobilin toqquşması nəticəsində 1976-cı il təvəllüdlü Məmmədova Nazilə Adil qızı, 1995-ci il təvəllüdlü Məmmədov Asim Əliyar oğlu və 1988-ci il təvəllüdlü Həsənov Yasər Elman oğlu xəsarət alıblar.

 

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. N.Məmmədovaya başın yumşaq toxumalarının əziyi, A.Məmmədova əlin əzilmiş yarası, Y.Həsənova isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular