Modern.az

ABŞ-ın birinci xanımı stüardessa oldu

ABŞ-ın birinci xanımı stüardessa oldu

3 Aprel 2021, 00:33

ABŞ Prezidenti Co Baydenin arvadı Cil Bayden jurnalistləri Kaliforniyadan Vaşinqtona daşıyan təyyarənin sərnişinləri ilə bir aprel zarafatı edib.

 

Modern.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

 

Belə ki, qara parik taxan və stüardessaların paltarını geyinən ABŞ-ın birinci xanımı sərnişinlərə dondurma təqdim edib.

 

Jurnalistlər bildirib ki, təyyarədə olanlardan heç kim xanım Baydenin bu zarafatından şübhələnməyib.

 

Qısa müddət sonra pariksiz təyyarənin salonuna daxil olan Cil Bayden hamının Ümumdünya gülüş günü təbrik edib.

 

Cil Bayden bu yolla təkcə sərnişinləri deyil, həmçinin öz köməkçilərini də aldada bilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular