Modern.az

İcra başçısı Goranboy sakinlərilə görüşdü - FOTOLAR

İcra başçısı Goranboy sakinlərilə görüşdü - FOTOLAR

Aktual

3 Aprel 2021, 14:38

Goranboy rayon İcra Hakimiyyətinin başçısı rayonun digər rəhbər şəxsləri və ictimai  fəallar ilə birgə, Goranboy şəhəri Civəzadə küçəsində sakinlərlə görüşüb.

 

Modern.az xəbər verir ki, icra başçısı  Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və ictimai  fəallar ilə birgə, Goranboy şəhəri Civəzadə küçəsində sakinlərlə görüşüb, onların sosial qayğıları ilə maraqlanıb, müraciətlərini dinləyib.

 

İcra Başçısı burada yerləşən yaşayış binalarının kommunikasiya təminatının vəziyyəti ilə tanış olub, sakinlərlə səmimi söhbət aparıb. Sakinlər Civəzadə küçəsində, xüsusən də Polis şöbəsinin qarşısında küçənin ensiz olması, genişləndirilməsi məqsədi ilə, orta hissədə quraşdırılmış işıq dirəklərinin sağ-sol hissələrə çəkilməsi, həmin küçədən birbaşa rayon Mərkəzi Xəstəxanasına  və rayonun iri istehsal müəssisəsi olan “Qalib Qroup” MMC-nə giriş yolunun olmaması barədə problemləri diqqətə çatdırıb.

 

Rayon rəhbəri bu problemlərin aradan qaldırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyyələrini verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular