Modern.az

“Yuventus” “Torino” ilə bacarmadı

“Yuventus” “Torino” ilə bacarmadı

Aktual

3 Aprel 2021, 22:20

"Yuventus" komandası İtaliya A Seriyasında növbəti xal itkisi ilə üzləşib.

 

Modern.az xəbər verir ki, "Qoca Sinyora" XXIX tur matçında "Torino"nun qonağı olub. Turin derbisi 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Meydan sahiblərindən hər iki qolu 27-ci və 46-cı dəqiqələrdə Antonio Sanabriya vurub. Qonaq komandadan isə Federiko Kyeza 13-cü, Kriştiano Ronaldo isə 81-ci dəqiqədə fərqlənib.

 

Bu nəticədən sonra xalını 55-ə çatdıran "Yuventus" 5-ci pillədə qərarlaşıb. "Torino" isə 23 xalla 17-cidir. Hər iki komanda 27 oyun keçirib. 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular