Modern.az

Şəkidə ölümlə nəticələnən yol qəzası - FOTO

Şəkidə ölümlə nəticələnən yol qəzası - FOTO

3 Aprel 2021, 22:40

Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Şəkinin Vərəzət kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Şəki sakini Vüqar Cəlilovun idarə etdiyi "VAZ"-21011 markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin, 27 yaşlı Şahmar Mustafayev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır (report).

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular