Baharın ilk ayları vitaminlərin, üzvi duzların və digər faydalı elementlərin, eləcə də günəş işığının qıtlığı dövrü olmaqla yanaşı, həm də ət-yağ və un-şəkər qidalarının bolluğu ilə seçilən dövrdür. Elə buna görə də yazda orqanizmin immun sistemi çox güclü formada zəifləyir və xəstəlikdən ölənlərin sayı bir qayda olaraq, xeyli artır.
İndi koronavirusla bağlı qoyulmuş qadağalar dövründə yaranan havasızlıq, günəşsizlik, hərəkətsizlik də immun sistemini zəiflədir və virusun meydan sulamasına əlverişli şərait yaradır.
Bu gün immun sistemini möhkəmlətmək üçün üzümüzü ANA TƏBİƏTƏ tutmağa daha böyük ehtiyac var. Bunun əvəzinə biz pinti mədənin diktəsinə tabe olaraq, süfrədə şəfa mənbəyi olan meyvə-tərəvəzi sıxışdırır, onun yerini “dadlı” və yüksək kalorili xörəklərə veririk. Elə bilirik ki, immun sistemini ancaq belə xörəklərin köməyi ilə gücləndirmək olar. Tamam yanlış mülahizədir. Süfrədə dadlı yüksək kalorili ölü qidalar çoxaldıqca - immun sitemi zəifləyir.
İmmun sistemini gücləndirmək üçün aşağıdakı tədbirləri həyata keçirmək zəruridir:
Bir daha xatırladıram: insan özünə ya həkimdir ya da qənim. Özünüzə qənim olmayın, həkim olun. O zaman azar-bezar sizdən uzaq gəzəcək. Üzünüz həmişə güləcək.
Ərşad Əzimzadə,
“Ana Təbiət” NGM-nin rəhbəri,
yazıçı-jurnalist. 03.04-2021.