Modern.az

Sərnişin taksi sürücüsünü bıçaqladı

Sərnişin taksi sürücüsünü bıçaqladı

Aktual

4 Aprel 2021, 00:46

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, qanlı insident Biləcəri qəsəbəsində baş verib.

 

1987-ci il təvəllüdlü Zülfüqarov Elməddin Həsən oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə sərnişin apararkən onlar arasında yolda mübahisə düşüb. Sərnişin sürücüyə bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib (apa).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular