Modern.az

Sabah hava küləkli olacaq -Xəbərdarlıq

Sabah hava küləkli olacaq -Xəbərdarlıq

Aktual

4 Aprel 2021, 11:51

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a  verilən məlumata görə aprelin 5-də havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq.

 

Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək,

 

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Aprelin 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-4 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi нerlərdə 15-20 dərəcə isti olacaq.

 

Xəbərdarlıq

Aprelin 5-də gün ərzində Bakıda və Abşeron yarımadasında cənub küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.

 

 
 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular