Modern.az

“Ehtiyatda 1 milyon doza vaksin var” - Nazir müavini

“Ehtiyatda 1 milyon doza vaksin var” - Nazir müavini

Aktual

4 Aprel 2021, 16:45

Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.

 

Modern.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

 

Səhiyyə nazirinin müavini deyib ki, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur:

 

“Yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular