Bu gün Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb.
Modern.az-ın verdiyi məlumata görə, iki "Vaz 2106" markalı maşın toqquşub.
Qəza nəticəsində avtomobillərdən biri Samur-Abşeron kanalına düşüb. Ətrafdakı insanların köməyi ilə sürücü sudan çıxarılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)