Modern.az

ABŞ “AstraZeneca” peyvəndinin istehsalını DAYANDIRIR

ABŞ “AstraZeneca” peyvəndinin istehsalını DAYANDIRIR

Aktual

5 Aprel 2021, 08:28

ABŞ-da “AstraZeneca” peyvəndinin istehsalı ilə məşğul olan Baltimordakı “Emergent Biosolutions” zavodu yerli “Johnson & Johnson” şirkətinin ixtiyarına veriləcək.

 

Modern.az “The New York Times”in yatdığı məlumata istinadən xəbər verir ki, bu barədə Bayden administrasiyası müvafiq qərar qəbul edib. Qərarın icrasından sonra müəssisədə Britaniya-İsveç ortaq peyvəndinin (“AstraZeneca”) istehsalı dayandırılacaq və onu yerli vaksin (“Johnson & Johnson”) əvəz edəcək.

 

Qeyd edək ki, ABŞ peyvəndinin başlıca özəlliyi koronavirusa qarşı immuniteti formalaşdırması üçün iki deyil, bir dozanın kifayət etməsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular