Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakıya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata əsasən, səfərin aprelin 10-11 tarixlərində baş tutması planlaşdırılır. Səfər zamanı Türkiyə Azərbaycan arasında başda KİV sahəsində əməkdaşlıq olmaqla , müxtəlif məsələlərin müzakirəsi nəzərdə tutulur.