Modern.az

Minalanmış ərazilərimizin xəritəsi Ermənistanda olmaya bilərmi? - CAVAB

Minalanmış ərazilərimizin xəritəsi Ermənistanda olmaya bilərmi? - CAVAB

5 Aprel 2021, 14:27

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan azad olunmuş ərazilərdə mina təmizləmə işləri aparır. Döyüş meydanında məğlub olan Ermənistan təkidlərə baxmayaraq, indiyə kimi minalanmış ərazilərin xəritəsini Azərbaycana vermir.

Belə iddialar da var ki, heç Ermənistanın özündə minalanmış ərazilərin xəritəsi yoxdur, düşmən əraziləri kortəbii şəkildə minalayıb.

Maraqlıdır, Ermənistanda minalanmış ərazilərimizin xəritəsi olmaya bilərmi?

Modern.az-ın bu sorğusunu ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov cavablandırıb.

Hərbi ekspert bu önəmli sənədin düşməndə olmamasını mümkünsüz sayır:


“Mən inanmıram ki, Ermənistanda minalanmış ərazinin xəritəsi olmasın. Çünki mina döyüş sursatı sayılır, buna görə də onlar barəsində müəyyən bir hesabat aparılmalıdır. Minanın harada, ərazinin hansı hissəsində yerləşdiyi ilə bağlı sənədlər hazırlanır. Ona görə də belə bir önəmli sənədin Ermənistan tərəfdə olmaması mümkünsüzdür.

Ermənistan tərəfinin xəritəni bizə təqdim etməməsi ondan xəbər verir ki, müharibədə məğlub olan qarşı tərəf məğlubiyyəti belə bacarmır”.


Polkovnik qonşu ölkədə nisbi sabitlik olana qədər müsbət nəticə olmayacağını deyib:

“Mən hesab edirəm ki, xəritənin verilməməsinin əsas səbəblərindən biri hazırki vəziyyətdə Ermənistanda hakimiyyətdə olan insanlar öz vəzifələrini yerinə yetirə bilməməkləridir.

Ermənistanda nisbi sabitlik bərqərar olmayana qədər bu istiqamətdə müsbət nəticə gözləmirəm”.

Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular