Modern.az

Azərbaycanlı veteran futbolçu vəfat etdi

Azərbaycanlı veteran futbolçu vəfat etdi

Aktual

5 Aprel 2021, 19:54

Azərbaycanın veteran futbolçusu Hikmət Nəsirov vəfat edib.

 

Modern.az "Turan Tovuz" klubunun feysbuk səhifəsinə istinadən xəbər verir ki, sabiq məşqçi 56 yaşında dünyasını dəyişib.

 

Klubdan verilən məlumata görə, Nəsirov şəkərli diabetdən əziyyət çəkib və bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, Hikmət Nəsirov Azərbaycan millisinin sabiq futbolçusu, hazırda klubsuz olan Budaq Nəsirovun atasıdır.

 

H. Nəsirov UGİM (Tovuz) komandasında məşqçi kimi fəaliyyət göstərirdi. O, futbolçu karyerasında Tovuz təmsilçisi "Məhsul"un formasını geyinib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular