Modern.az

\"Fənərbaxça\" \"Denizlispor\"u bir qolla keçdi

\

5 Aprel 2021, 22:10

"Fənərbaxça" futbol üzrə Türkiyə Super Liqasında növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Emre Belözoğlunun baş məşqçilik etdiyi komanda XXXI turda "Denizlispor"u qəbul edib.

 

Qarşılaşma İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 64-cü dəqiqədə Mbvana Samatta vurub.

 

Qələbə sayəsində 62-ci xalını qazanan "Fənərbaxça" "Qalatasaray"ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. "Denizlispor" isə 25 xalla sonuncu - 21-ci sıradadır.

 

Turnir cədvəlinə 64 xalla "Beşiktaş" başçılıq edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular