Modern.az

DİN-dən sosial şəbəkələrdə narkotik satışı ilə məşğul olanlara XƏBƏRDARLIQ

DİN-dən sosial şəbəkələrdə narkotik satışı ilə məşğul olanlara XƏBƏRDARLIQ

Aktual

6 Aprel 2021, 10:20

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə daxili işlər orqanları tərəfindən diqqətdə saxlanılır.

 

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var.

 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur.

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır. Bu tədbirlər kampaniya xarakteri daşımır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular